Öz milli komandalarının heyətində ən çox qol vuran 8-ci futbolçu

21:10 - 3 Oktyabr 2026

Harri Keyn İngiltərə millisində 88-ci qolunu vurub.

Sportal.az xəbər verir ki, İngiltərə millisi Millətlər Liqasının 3-cü turunda Xorvatiya ilə qarşılaşır (ilk hissədən sonra hesab 4:0-dır).

Keyn İngiltərə millisinin tarixində ən yaxşı bombardirdir. Yalnız 7 futbolçu öz milli komandalarının heyətində ondan daha çox qol vurub: Kriştiano Ronaldo Portuqaliya millisində 146, Lionel Messi Argentina millisində 125, Əli Daei İran millisində 108, Sunil Çhetri Hindistan millisində 95, Romelu Lukaku Belçika millisində 94, Robert Levandovski Polşa millisində 92, Moxtar Dahari isə Malayziya millisində 89 qol vurub.

Xəbər xətti