Bu gün Bakıda Tofiq Bəhramov adına stadionun 75 illik yubileyi münasibətilə “Neftçi” və “Spartak”(Vilnus) klubları arasında yoldaşlıq oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu oyunda rəqibini 10:9 məğlub edib. Qeyd edək ki, bu komandalar ilk oyununu 1951-ci ildə Tofiq Bəhramov stadionunda keçiriblər.
"Neftçi" həmin vaxtı litvalıları 4:0 hesabı ilə məğlub edib.
“Neftçi” (Bakı, Azərbaycan) – “Spartak” (Vilnüs, Litva) – 10:9
Bakı, Tofiq Bəhramov adına stadion.
“Neftçi”: Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Əli Abışov, Nadir Şükürov, Hüseyn Məhəmmədov, Alim Qurbanov, Kənan Kərimov, Emin Quliyev, Xəyal Mustafayev, Ədahim Niftəliyev, Adil Şükürov, Vəli Qasımov, Mahmud Qurbanov
saytlarin hazirlanmasi
