"O, özünü əsl alçaq kimi aparırdı" - keçmiş baş məşqçisi barədə

15:10 - 5 Oktyabr 2026

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Fred "Charla Podcast" "YouTube" kanalına müsahibə verib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Erik ten Haqın rəhbərliyi altında İngiltərə klubunda keçirdiyi dövr haqqında danışıb:

​"Ten Haq bir məşqçi kimi fəlakət idi. O, hamı ilə mübahisə edirdi - mənimlə, Kriştiano Ronaldo ilə, Kazemiro ilə, Reşfordla. Yalnız onun niderlandlı oyunçuları oynayırdılar.
​Lakin müsbət tərəfi odur ki, o, yenə də braziliyalılara qiymət verirdi və mənə onun futbol ideyaları xoş gəlirdi. ​Ten Haq taktiki cəhətdən işlədiyim ən yaxşı məşqçilərdən biridir. Ancaq insan kimi yox. O, özünü əsl alçaq kimi aparırdı".

​Xatırladaq ki, Fred Erik ten Haqın rəhbərlik etdiyi dövrdə "Mançester Yunayted"in heyətində 56 matç keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti