"Onun ustalıq səviyyəsi məni təəccübləndirdi" - "Barselona"nın yeni transferi haqda

10:58 - 20 Oktyabr 2026

“Barselona”nın yarımmüdafiəçisi Pedri mövsümün əvvəlində “Nyukasl”dan transfer edilmiş komanda yoldaşı Entoni Qordon haqqında təəssüratlarını bölüşüb.

Sportal.az “Sport.es”ə istinadən xəbər verir ki, ispan futbolçu Qordonun keyfiyyətli oyunçu olmasını qabardıb:

“Qordonla çox yaxşı yola gedirik, əla münasibətlərimiz var. Onunla işləmək çox asandır. Qordonun ustalıq səviyyəsi məni təəccübləndirdi. Əvvəllər rəqib kimi oynayırdıq, amma o vaxtlar onu hər gün izləyə bilmirdim. Əminəm ki, o, komandamız üçün uğurlu olacaq”.

Qeyd edək ki, Qordonun "Barselona" ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti