"Real"ın əsas heyətində yerini itirən Brahim Dias karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-İttihad" mərakeşli vingeri transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Ərəblər mövsümün sonunda müqaviləsi başa çatan 27 yaşlı futbolçu üçün İspaniya klubuna 25 milyon avroluq təklif göndəriblər. Madrid təmsilçisi bu təklifə hələ ki cavab verməyib.
Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvarında "Mançester Siti"dən 17 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
