Bütün dövrlərin "Qızıl top" mükafatına namizədlər açıqlandı

21:33 - 20 Oktyabr 2026

"France Football" nəşri ən görkəmli futbolçuları fərqləndirmək üçün nəzərdə tutulan xüsusi "All Time Ballon d’Or" (Bütün dövrlərin "Qızıl top"u) mükafatına namizədləri açıqlayıb.

Sportal.az xəbər verir ki, nüfuzlu siyahıya müxtəlif nəsillərin 10 ulduzu daxil edilib. Onların arasında Lionel Messi və Kriştiao Ronaldo da var.

​Argentinalı və portuqaliyalı müasir futbol erasının rəmzinə çevrilərək birlikdə 13 "Qızıl top" qazanıblar. Siyahıda Niderland əfsanələri Yohan Kroyf və Marko van Basten, eləcə də fransalı Mişel Platini yer alıb. Hər üç avropalı ən nüfuzlu fərdi mükafatı üç dəfə əldə edib.

​Almaniya futbolunu siyahıda hərəyə iki "Qızıl top" qazanan Frans Bekkenbauer və Karl-Haynz Rummenigge təmsil edir. Namizədlər arasında həmçinin "Real"ın əfsanəvi hücumçusu Alfredo Di Stefano, braziliyalı Ronaldo  ingiltərəli Kevin Kiqan da var.

​"All Time Ballon d’Or" mükafatına namizədlərin tam siyahısı:

​Alfredo Di Stefano (İspaniya)
​Lionel Messi (Argentina)
​Kriştiano Ronaldo (Portuqaliya)
​Marko van Basten (Niderland)
​Yohan Kroyf (Niderland)
​Karl-Haynz Rummenigge (Almaniya)
​Mişel Platini (Fransa)
​Ronaldu Nazario (Braziliya)
​Kevin Kiqan (İngiltərə)
​Frans Bekkenbauer (Almaniya)

Xəbər xətti