Bu gün "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti görüşünü keçirib. "Borussiya" ilə üz-üzə gələn təmsilçimiz 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:
"Bərabərliyə yaxın olsaq da, keyfiyyət öz sözünü dedi. Rəqibi təbrik edirəm. Öz komandamla qürür duyuram.Onlar əllərindən gələni etdilər".
- Oyun ərzində komandanın konkrek taktiki planını görmək çətin idi. Bunun səbəbi nə idi?
- Bəlkə də, oyunu tam izləməmisiniz. Matça yenidən baxsanız görərsiniz ki, hansı taktiki planımız var idi. Hər şey aydın idi. Məncə. stadionda olan hər kəs bunu gördü.
- Mbinadan bu gün və ümumilikdə məşqlərdə razısınızmı?
- Mən komandamda olan bütün futbolçular kimi Mbinadan da razıyam. Düşünürəm ki, bu gün güclü müdafiəçilərə qarşı yaxşı oyun sərgilədi. Düşünürəm ki, məşqlərdə və bu gün keçirdiyi oyunla gələcəkdə oyunlarda daha çox vaxt alacaq.
- Oyunda ən çox məyus olduğunuz məqam?
- Daha yaxşı komanda qələbə qazandı. Unutmayaq ki, "Borussiya" Avropanın ən güclü 5-6 komandasından biridir. Lakin, biz də heç-heçəyə yaxın idik. Futbol belədir. Bəzən qol vurmaq alınır, bəzən yox. Çempionlar Liqaı matçları oynamaq çətindir. Adaptasiya olana kimi rəqib öz təcrübəsindən istifadə edərək bizi cəzalandırdı. Yenidən bildirmək istəyirəm ki, bütün futbolçularımla qürur duyuram.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
