220 penalti zərbəsindən 37-si qol olmadı

23:58 - 20 Oktyabr 2026

Bu gün Kriştiano Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda “Neom”a qarşı keçirilən oyunda penaltidən fərqlənə bilməyib (1:0, ikinci hissə).

Sportal.az xəbər verir ki, Ronaldo penaltini yerinə yetirərkən topu qapıdan kənara göndərib. Top qapıçının sağ tərəfindəki dirəyin yanından keçib.

Ümumilikdə, Ronaldo karyerası ərzində 183 penaltini qola çevirib, 37 penalti zərbəsindən isə yararlana bilməyib.

Xəbər xətti