“Qızıl top” mükafatının ilk 10-luğuna düşən ən yaşlı 2-ci futbolçu

23:35 - 26 Oktyabr 2026

Lionel Messi “Qızıl top” mükafatının ilk 10-luğuna düşən ən yaşlı futbolçular arasında ikinci yeri tutub.

Sportal.az xəbər verir ki, 2026-cı ildə “İnter Mayami”nin hücumçusu 39 yaş 4 aylığında səsvermənin nəticələrinə əsasən ilk 10-luğa daxil olub.

Bu uğura daha böyük yaşda yalnız Canluici Buffon imza atıb. 2017-ci ildə “Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı 39 yaş 10 aylığında “Qızıl top” mükafatının ilk 10-luğunda yer alıb.

2026-cı ilin “Qızıl top” mükafatının qalibi bu gün Londonda keçiriləcək təqdimetmə mərasimində açıqlanacaq.

Xəbər xətti