Kilian Mbappe ardıcıl 9 il “Qızıl top” mükafatının ilk 10-luğuna daxil olan ilk fransalı futbolçu olub.
Sportal.az xəbər verir ki, “Real"ın və Fransa millisinin 27 yaşlı hücumçusu mükafata namizəd olan 30 futbolçu arasında yer alıb. Lakin o, "France Football" nəşrinin daha əvvəl açıqladığı səsvermə nəticələrində 11–30-cu yerləri tutan futbolçuların siyahısında yer almayıb.
2026-cı ilin “Qızıl top” mükafatının qalibi bu gün Londonda keçiriləcək təqdimetmə mərasimində açıqlanacaq.
saytlarin hazirlanmasi
