Kipr çempionatının 7-ci turu başa çatıb.
Sportal.az xəbər verir ki, Azərbaycan U-21 yığma komandasının üzvü Murad Məmmədovun yer aldığı “Pafos” səfərdə “Nea Salamis”lə qarşılaşıb.
Matç 0:0 hesabı ilə başa çatıb. Avqust ayında aldığı zədə səbəbindən uzun müddətli fasilədən sonra Məmmədov heyətə daxil edilib və 70-ci dəqiqədə meydana çıxıb.
“Pafos” hazırda 12 xalla beşinci yerdədir.
saytlarin hazirlanmasi
