“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib.
Muxtar Respublika təmsilçisi öz meydanında “Zirə” ilə sülhə imza atıb – 2:2. “Araz-Naxçıvan” Premyer Liqada keçirdiyi 157-ci matçında “40”a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb.
Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadır.
saytlarin hazirlanmasi
