"Bakı"dan növbəti qələbə

23:57 - 13 İyul 2013

Təmsilçimiz Sloveniya klubu ilə üz-üzə gəldi

 

Avstriyada təlim-məşq toplanışında olan "Bakı" bu gün növbəti yoxlama oyununa keçirib.

Sportal.az xəbər verir ki, təmsilçimiz Sloveniyanın SPİNS klubu ilə qarşılaşıb. Hazırlıq matçları çərçivəsində “Helmaqor”u (4:1) və “Peniki” (8:0) darmadağın edən "zolaqlılar" bu dəfəki rəqibi ilə oyunda meydandan 2:1 hesabı ilə qalib ayrılıb.

 

Qeyd edək ki, iyulun 25-ə kimi Avstriyada təlim-məşq toplanışına olaaq “Bakı” sonuncu hazırlıq matçını iyulun 16-da Serbiyanın “Donji Srem” klubu ilə üz-üzə gələcək.

 

Yoxlama oyunu

13 iyul

 

"Bakı" (Azərbaycan) – SPİNS (Sloveniya) - 2:1
Qollar: 
Mindauqas Kalonas, 26, Rauf Əliyev, 58.

Xəbər xətti