"Üç komanda arasında ən ağır rəqib “Xəzər Lənkəran”a rast gəlib"

17:04 - 17 İyul 2013

Babək Quliyev: "Avrokuboklarda hər ölkənin ən yaxşı komandaları iştirak edir"
 
Bu gün və sabah avrokuboklarda təmsilçilərimiz növbəti oyunlarını keçirəcək. Sportal.az xəbər verir ki, sabiq FIFA referimiz Babək Quliyev komandalarımızın rəqibləri haqqında bölüşüb:
 
“Neftçi”nin rəqibi Albaniya çempionudur. “Neftçi”nin keçə biləcəyi bir rəqibdir Mənə elə gəlir ki, “Neftçi”nin bu ilki rəqibi “Skenderbeu” keçən ilki rəqib Gürcüstanın “Zestafoni”sindən az da olsa güclüdür. İnanıram ki, “Neftçi” keçən ilki oyununu oynasa “Skenderbeu”nu keçər.
Komandalar I mərhələni uğurla başa vurub növbəti mərhələyə yüksəldilər. Və daha güclü komandalarla qarşılaşacaqlar. I mərhələdə komandalarımız əzmkar oyun nümayiş etdirib növbəti mərhələyə yüksəldilər.
 
I mərhələdə “İnter”in şansları az idi. Amma “İnter” səfərdə fin komandası ”Mariehamn”ı məğlub edərək növbəti mərhələyə yüksəldi. II mərhələdəki rəqibi “Tromso” kifayət qədər tanınmış bir komandadır. Düzdür, Avroliqalarda böyük bir uğuru olmasa da belə, mənə elə gəlir ki, “İnter”in keçə biləcəyi bir rəqibdir.
 
II mərhələdə üç komanda arasında ən ağır rəqib “Xəzər Lənkəran”ın qarşısına rast gəlib. Mənim fikrimcə, “Xəzər Lənkəran”ın şansı növbəti mərhələyə yüksəlmək şansı digər komandalarımıza nisbətən azdır. Bu, reallıqdır. Mən heç istəməzdim ki, bu mərhələdə “Xəzər Lənkəran”ın qarşısına bu cür güclü rəqib çıxsın. “Xəzər Lənkəran” çalışmalıdır ki, səfərdən maksimum sərfəli nəticə ilə qayıtsın(1-1, 2-2). Cavab oyununda da “Xəzər Lənkəran” azarkeşlərin möhtəşəm dəstəyi  ilə növbəti mərhələyə keçə bilər.
 
“Qarabağ” və “İnter”in rəqibi “Xəzər Lənkəran”ın rəqibinə nisbətən  elə də güclü deyillər. Düzdür, Polşa və Norveç çempionatları bizim çempionatdan üstündür.
 
“Qarabağ”ın rəqibi ilk dəfədir ki, avrokuboklarda çıxış edır. Bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Çünki avrokuboklarda hər ölkənin ən yaxşı komandaları iştirak edir.  
 
Azarkeşlər də komandalara dəstək olmalıdır Çempionatda baş verən hadisələri unudub, Avropada komandalarımızı dəstəkləməlidirlər. Azarkeş dəstəyinin komandalarımıza çox köməyi ola bilər. Ona görə, hər bir azarkeş Azərbaycana görə komandalarımızı dəstəkləməlidir. Komandalarımızın hər birinə avrokuboklarda uğurlar arzulayıram”.
 
sportarena.az

Xəbər xətti