"Qəbələ" Münhendə

18:51 - 23 İyul 2013

"Qırmızı-qaralar" "Gənclərbirliyi" ilə qarşılaşacaq
 
Avstriyanın Zalsburq şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün səfər çərçivəsində ilk sınaq oyununu keçirəcək.
 
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Türkiyə təmsilçisi "Gənclərbirliyi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç Almaniyanın Münhen şəhərində təşkil olunduğundan "Qəbələ" bu gün qonşu ölkəyə yollanıb. Yuri Syominin yetirmələri matçın keçiriləcəyi "Hans-Bayer" stadionunun yaxınlığında yerləşən "Viktor"s Residenz" otelində məskunlaşıb. "Qəbələ" sabah yenidən Avstriyaya dönəcək. 
 
Xatırladaq ki, "Qəbələ" - "Gənclərbirliyi" matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Xəbər xətti