"Malaqa" Baptista ilə əməkdaşlığa son qoydu

17:00 - 24 İyul 2013

Müqavilə ləğv olundu
 
“Malaqa” Julio Baptista ilə əməkdaşlığa son qoyub.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytında yerləşdirilən məlumata görə, hər iki tərəf qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edib. Baptistanın karyerasını “Kruzeyro”da davam etdirəcəyi bildirilir. 
 
Qeyd edək ki, 31 yaşlı braziliyalı futbolçu “Malaqa”ya 2011-ci ildə transfer olunub. Baptista ötən mövsümdə 14 oyunda 4 dəfə fərqlənib. 

Xəbər xətti