"Simurq" "Xəzər Lənkəran"la oyuna hazırlaşır FOTOLAR

13:07 - 6 Avqust 2013

Komanda növbəti turda Lənkərana səfər edəcək
 
Premyer Liqanın 2013/14-cü il mövsümünün ilk turunda "Rəvan"ı 2:0 hesabı ilə məğlub edən "Simurq", bir günlük istirahətdən sonra məşqlərini bərpa edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, növbəti turun hazırlıqlarına start verən komandanın dünənki məşqi 1,5 saat davam edib.
 
Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət aparıb. Bundan sonra isə məşqə başlanılıb. Qaçış və isinmə hərəktlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Hazırlığın əsas hissəsində isə taktiki təmrinlər yerinə yetirilib, qısa və uzun ötürmələr, cinahlardan asmaların qapanması məşq edilib. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
 
Qeyd edək ki, komanda növbəti turda Lənkərana səfər edəcək. Zaqatala təmsilçisi avqustun 11-i saat 20:00-da "Xəzər Lənkəran"la görüşə çıxacaq.   
 
 

Xəbər xətti