"Həmin epizodda fikirli oldum"

01:17 - 24 Avqust 2013

Cavid Tağıyev: "Səhvlərimizə görə böyük hesablı qələbə qazana bilmədik"

 

"Çətin oyun oldu. Rəqibin azlıqda olması işimizə yaradı. Bir çox qol epizodlarından istifadə edə bilmədik.Səhvlərimizə görə böyükhesablı qələbə qazana bilmədik".
Bu sözləri AZAL-ın futbolçusu Cavid Tağıyev Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin qapıçı ilə təkbətək qaldığı epizodu dəyərləndirib:
"Bir epizodu da mən istifadə edə bilmədim. Həmin epizodda fikirli oldum və arxadan gələn komanda yoldaşımı görmədim. Komandamızın kifayət qədər güclü heyəti var və son ana qədər mübarizə aparacağıq"

Xəbər xətti