Mario Souza Lənkəran stadionunda "Böyük oyun"dan danışdı FOTO

19:52 - 25 Avqust 2013

Mario Souza: "1:0 olsun, bizim olsun"

 

Bu gün  "Xəzər Lənkəran" azarkeşləri önündə "Neftçi"ni qəbul edir.

 

"Xəzər Lənkəran"ın sabiq futbolçusu və hal-hazırki seleksiyaçı Mario Souza bu matç haqda öz fikirlərini Sportal.az-a bildirib:

 

"Bildiyimiz kimi, "Xəzər Lənkəran" - "Neftçi" Azərbaycanın ən böyük derbisidir. "Xəzər Lənkəran"ın öz əvvəlki gücünü qaytarmaq üçün bu oyun çox vacibdir. İnanıram, "Xəzər Lənkəran" qalib gələcək. Hesab elə də önəmli deyil, 1:0 olsun, bizim olsun" 

Xəbər xətti