"Oyun təcrübəm az olsa da, bunu hiss etdirməməyə çalışacam"

16:00 - 3 Sentyabr 2013

Ruslan Abışov: "Rəqibdən çəkinmirik"
 
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail millisi ilə qarşılaşacaq yığma komandamız hazırlıqlarını Bakıda davam etdirir.
 
Sportal.az xəbər verir ki, "Bakcell Arena"da məşqə çıxan futbolçularımızdan Ruslan Abışov qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: 
 
“Hər şey yaxşıdır. Artıq komandaya qoşulmuşam və işlər qaydasında gedir. İsrail yığması ilə oyuna yaxşı hazırlaşırıq. Oyun təcrübəm az olsa da, bunu hiss etdirməməyə çalışacam. İsrail yığması üçün də çox vacib oyundur. Çünki onlar "play-off" mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Rəqibdən çəkinmirik. Düzdür, onlar doğma meydanda yaxşı çıxış edir, aqressiv futbol oynayır. Portuqaliya ilə matçda da bunun şahidi olduq. Buna rəğmən, komanda şəklində daha yaxşı oynamağa çalışacağıq. Rəqibdən çəkinməməli, baxımlı futbol sərgiləməliyik”.

Xəbər xətti