Mourinyo: "Məni futbolçuların nə etdiyi deyil, oynadığı futbol maraqlandırır"

17:03 - 14 Sentyabr 2013

"Mənim üçün heç bir fərqi yoxdu"
 
“Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçuların psixoloji vəziyyəti haqqında narahat olmadığını deyib.
 
Sportal.az xəbər verir ki, hər zaman maraqlı açıqlamaları ilə diqqət çəkən tanınmış məşqçi yalnız oyunçuların oynadığı futbolla maraqlandığını söyləyib:
 
“Futbolçulardan kimin xoşbəxt və ya bədbin olduğu haqqında heç bir fikrim yoxdu. Öhdəliyimdə əla futbolçular var. Ona görə də hər zaman çıxış yolu tapıram. 
 
Yalnız oyunçulara meydanda olarkən hökm edə bilərəm. Müsahibələrində nə dediyi, ailəsi, dostları, menecerlərinin nə düşündüyünün mənim üçün heç bir fərqi yoxdu. Məni maraqlandırmır ki, futbolçular “Twitter”də nə yazır. Məni futbolçuların nə etdiyi deyil, oynadığı futbol maraqlandırır”. 

Xəbər xətti