Xavi "kral"ı geridə qoydu

01:50 - 9 Noyabr 2013

"Mən çox xoşbəxtəm ki..."
 
"Barselona"nın yarımmüdafiəçisi Xavi Ernandes Çempionlar Liqasında qələbələrin sayına görə "Real" Madridin əfsanəsi Raul Qonsalesin rekordunu qırıb.
 
Sportal.az xəbər verir ki, "Milan"la (3:1) oyunda o, 80-ci qələbəsini qazanıb. Raulda isə qələbələrin sayı 79-a bərabər idi.
 
"Mən çox xoşbəxtəm ki, "Milan"a qalib gəldik. Matçın taleyini oyunun əvvəlində də həll edə bilərdik. Lakin rəqib qol vurdu, biz çətin iş görərək bəhrəsini daddıq". 
 
Ümumilikdə "Milan"la qarşılaşma Xavinin ÇL-də 141-ci oyunu idi.
 
Xatırladaq ki, bu qələbədən sonra "Barselona" Çempionlar Liqasının play-off-una yüksəlib.

Xəbər xətti