"Azərbaycan müdafiədə etibarlı oyunu ilə seçilir"

00:15 - 15 Noyabr 2013

 

Dimitriyev:"Rəqibimiz ötən illərlə müqayisədə xeyli güclənib"
 
Estoniya millisinin futbolçusu Aleksandr Dimitriyev sabah yoldaşlıq görüşü çərçivəsində qarşılaşacaqları Azərbaycan yığması ilə oyunöncəsi maraqlı fikirləri səsləndirib.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu millimizin ötən illərlə müqayisədə xeyli gücləndiyini bildirib:
"Yoldaşlıq görüşü olmasına baxmayaraq, doğma azarkeşlərimiz önündə qələbə qazanmağa çalışacağıq. Ancaq bu elə də asan görünmür. Çünki Azərbaycan millisi ötən illərlə müqayisədə xeyli güclənib. Rəqib müdafiədə etibarlı oyunu ilə seçilir. Bununla belə, həm Azərbaycan, həm də Lixtenşteynlə oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq".
 
Qeyd edək ki, Estoniya - Azərbaycan oyunu bu gün axşam, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xəbər xətti