"Xəzər Lənkəran" yaxşı oynasa da, lazımsız xallar itirir"

17:00 - 12 Dekabr 2013

Abdullayev:"Son iki oyunda 6 xal yığmalıyıq, başqa şansımız yoxdur"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayevin Sportal.az-a müsahibəsi
 
- "İnter"lə oyun haqqında danışardın...
- Oyundan öncə də, bilirdik ki, bizim üçün ağır oyun olacaq. Oyun boyu üstün tərəf biz idik, xüsusi ilə də, ikinci hissə daha yaxşı oynadıq. Qol vurmaq üçün də şanslarımız oldu, ancaq bəxtimiz gətirmədi.
 
- Bu oyunda qazanılan bir xalı uğur saymaq olar?
- Pis nəticə deyil. Biz bu mövsüm çox lazımsız xallar itiririk, amma yaxşı oynayıb itiririk. Keçən illərdə elə olurdu ki, zəif oynayırdıq, amma lazımlı nəticəni qazana bilirdik. Bu il şansımız yoxdur, məncə. İndi də çalışırıq, çatışmazlıqları aradan qaldıraq. İkinci dövrədən daha çox xallar yığmaq istəyirik.
 
- İlk dövrənin bitməsinə iki tur qalıb, Son iki oyununuzu da doğma meydanda outsayderlərə qarşı oynayacaqsınız.
- "Rəvan" və "Sumqayıt" son pillələrdə olsa da, yaxşı oyun sərgiləyirlər. Son iki oyunda 6 xal yığmalıyıq, başqa şansımız yoxdur.
 
- Bu uğursuz nəticələr an çox azarkeşləri üzüb. Son iki oyunda azarkeşlərinizə qələbə söz verirsən?
- İnşallah, qələbə qazanacağıq.
 
- Yeni baş məşqçi Mustafa Dənizli haqqında nə demək istəyirsən?
- Nəticəni zaman göstərəcək, ona şans vermək lazımdır. İnanıram ki, hamımız bir yerdə komandanı daha yaxşı yerlərə gətirəcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti