"Dənizli Toşakdan daha intizamlı məşqçidir" MÜSAHİBƏ

15:26 - 17 Dekabr 2013

Rasim Ramaldanov:"Mən Foqtsun qalmağının tərəfdarıyam"
 
"Xəzər Lənkəran" və millimizin mərkəz müdafiəçisi Rasim Ramaldanovun Sportal.az-a müsahibəsi
 
- 7 oyundan sonra "Xəzər Lənkəran" "Rəvan"ı məğlub edərək qələbə həsrətinə son qoydunuz..
- Demərəm ki, "Rəvan" zəif rəqibdir, güclü futbolçulara malik bir komandadır. Birinci hissədə elə qol epizodlarımız var idi ki, hesab daha böyük olardı. Amma yadıma düşmür ki, "Rəvan" yüz faizlik qol epizodu yaratsın.
 
- Şahin Diniyev oyundan sonra bildirmişdi ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. Bu fikirlə razısan?
- Yox,  belə deməzdim. Oyunun ədalətli nəticəsi bizim qələbəmiz idi.
 
- Mustafa Dənizli komandanı üç oyuna çıxardıb, maraqlısı odur ki, komanda üç oyunun heç birində qol buraxmayıb. 
- Dənizlinin gəlişindən sonra komandada inam yaranıb. Bizdə də inam çatmırdı. Komandada nizam-intizam daha da artıb. Deyərdim ki, Dənizli Toşakdan daha intizamlıdır. 
 
- Qış fasiləsində komandadan ayrılmağı düşünmürsənki?
- Yox, inşallah burdayam hələlik.
 
- Milli komandada  bu il ərzində ən çox oynayan futbolçu sən oldun. Təəssüratların necədir? 
- Çox şadam ki, bu uğura nail oldum. bütün futbolçular istəyər ki, milli komandada əsas heyətddə oynasın . Sevinirəm ki, bu uğuru qısa zamanda əldə etdim.
 
- Foqtsun qalmağını, yoxsa getməyini istəyirsən?
- Nəticəyə örə danışsaq, ildən-ilə daha çox xal toplayırıq. Komanda son oyunlarda da yaxşı oynadı. Son 8-9 ilin kadrına baxsaq, indiki futbolla müqayisə etsək görərikk ki, indiki futbolumuz daha yaxşıdır. Mən Foqtsun qalmağının tərəfdarıyam.
 
Yusif HÜSEYN

Xəbər xətti