"Yeni ildən sonrakı toplanışda heyətə bir neçə oyunçu gələcək"

17:53 - 21 Dekabr 2013

Ruslan Əmircanov: "2014-cü ildə başqa bir "İnter" görəcəksiniz"
 
"Öncədən də bizə çətin olacağını bilirdik. Təssüflər olsun ki, səhvlərimiz ucbatından qapımızda 2 qol gördük. Belə baxanda ayrı-ayrılıqda onlar çox təhlükəli hücumlar etmədilər. Bizim çoxlu yüz faizlik qol imkanlarımız oldu. Buna baxmayaraq biz yenə ümidlərimizi itirmirik. Yeni ildən sonrakı toplanışda heyətə bir neçə oyunçu gələcək və komandanın gücünə güc qatacaq. Çempionat hələ qabağdadı. Marafon uzundu. 2014-cü ildə başqa bir "İnter" görəcəksiniz."
 
Bu sözləri Sportal.az-a açıqlamasında "İnter"in futbolçusu Ruslan Əmircanov deyib. Əmircanov qış fasiləsindən sonra daha da güclü olacaqlarına işarə verdi:
 
"Bugünkü (dünənki) oyunda "Qarabağ" topu özündə yaxşı saxlayırdı. Ancaq bizim imkanlarımız onlardan daha çox oldu. Biz mövsümə pis başlasaq da, sonradan güc tapıb toparlandıq. Komandada məşqçi işi görünür. Biz neçə tur idi uduzmurduq. Yaxşı seriyamız var idi. Bu futboldu. Yeni ildən sonra yenə eyni uğurları təkrarlamağa çalışacağıq."

Xəbər xətti