"Araz-Naxçıvan" Naxçıvanı tərk edir

16:13 - 27 Dekabr 2013

Komanda ölkəni tərk edə bilər
 
Azərbaycan birinci divizionunun lideri “Araz Naxçıvan” ikinci dövrənin hazırlığına Bakıda başlayacaq.
 
Sportal.az xəbər verir ki, məşqlərin böyük hissəsi “Neftçibaza”da reallaşacaq. Ehtimal var ki, “Araz” yoxlama oyunları keçirmək üçün ölkəni tərk etsin. Komandanın Türkiyəyə üz tutmaq istəyi olsa da, bu, hələ ki, real söhbət deyil.
 
Qeyd edək ki, Naxçıvan klubunun məqsədi yüksək liqaya vəsiqə qazanmaqdı.

Xəbər xətti