"Neftçi" "Fənərbaxça" ilə yoldaşlıq matçı keçirəcək

11:02 - 30 Dekabr 2013

Matç yanvarın 17-də baş tutacaq
 
"Neftçi" Türkiyənin böyük klublarından olan "Fənərbaxça"ilə hazırlıq matçı keçirəcək.
 
Sportal.az xəbər verir ki, məlumatı türk klubunun rəsmi saytı yayıb. Türkiyə təmsilçisi üçün "Neftçi" ilə qarşılaşma ikinci oyun olacaq.
 
Qeyd edək ki, yoxlama oyunu yanvarın 17-i Antalyanın "Mardan" stadionunda  Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti