"Qarabağ"ın daha bir rəqibi məlum oldu

15:21 - 6 Yanvar 2014

Ağdam təmsilçisi "Volın"la qarşılaşacaq

 

Xəbər verdiyimiz kimi Ağdamın "Qarabağ" klubu təlim-məşq toplanışı çərçivəsində yanvarın 7-si Türkiyənin Antalya şəhərinə yola düşəcək.

 

Sportal.az xəbər verir ki, yanvarın 26-na kimi hazırlıqlarını qardaş ölkədə davam etdirəcək Ağdam təmsilçisi bu müddət ərzində bir neçə komanda ilə yoldaşlıq matçı keçirəcək. Belə ki, "Qarabağ" yanvarın 25-də daha bir komanda ilə qarşılaşacaq. Bu, Ukraynanın "Volın" klubudur.

 

Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışı çərçivəsində Rumınyanın "Dinamo Buxarest" və Qazaxıstanın "Spartak" klubları ilə yoldaşlıq matçı keçirəcək.

Xəbər xətti