Kaka "Milan"da 100-cü qolunu vurdu VİDEO

11:44 - 7 Yanvar 2014

Futbolçu İtaliya klubunun tarixinə keçdi

 

Dünən İtaliya A Seriyasında "Milan" öz evində "Atalanta"nı qəbul edib.

 

Sportal.az xəbər verir ki, bu matç həm də komandanın braziliyalı futbolçusu Kaka üçün əlamətdar olub. Belə ki, komandasının 3:0 hesablı qələbəsində iki qola imza atan futbolçunun klub tarixində 100-cü qolu olub. 

 

Qeyd edək ki, Kaka 2003-2009-cu ilə kimi "Miland"a çıxış, daha sonra isə 2009-2013-cü ilin yayına kimi "Real"ın şərəfini qorumuşdu. Bu ilin yayında futbolçu yenidən köhnə komandasına qayıdıb.

Xəbər xətti