İtaliya kuboku: "Napoli" "Roma"nı məğlub edib finala yüksəldi VİDEO

09:12 - 13 Fevral 2014

"Roma" kubokla vidalaşdı
 
İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə "Napoli" və "Roma" komandaları üz-üzə gəlib.
 
İlk görüşdə səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan "Napoli" bu məğlubiyyətin əvəzini çıxa bilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Neapol təmsilçisi finala adlayıb.
 
Qeyd edək ki, "Napoli" finalda "Fiorentina" ilə qarşılaşacaq. 

All Goals - Napoli 3-0 Roma - 12-02-2014... by Bein2014

Xəbər xətti