“Liverpul”un məşqində dava

15:05 - 27 Aprel 2014

Luis Sures Şkrtellə mübahisə edib
 
"Çelsi" ilə qarşılaşmadən əvvəl "Liverpul"un düşərgəsində qalmaqal yaşanıb.
 
Sportal.az xəbər verir ki, "Liverpul"un məşqində uruqvaylı ulduz Luis Sureslə Martin Şkrtel arasında mübahisə baş verib. İkitərəfli ayaqla tennis məşqində Şkrtel rəqib komandaya söz atıb. Onun bu hərəkətinə Suares dözməyib əsəbi şəkildə Şkrteli kənara itələyib. Aradaki mübahisənin qarşısını komanda yoldaşları Filip Koutinyo və Lukas Leyva alıb.
 
"Liverpul"un baş məşqçisi Brendan Roydcers buna belə münasibət bildirib: "Futbolçular arasında belə şeylər olur. İndi düşərgədə hər şey qaydasıdadır. İnanıram ki, onlar birlikdə "Çelsi" ilə oyunda vacıb qələbəni qazanacaqlar".               

Xəbər xətti