İspaniya futbolunun əfsanəsi ABŞ klubunda

02:45 - 21 Oktyabr 2014

Raul “Nyu-York Kosmos”la anlaşdı 
 
İspaniya millisinin və Madrid “Real”ının sabiq üzvü Raul Qonzales karyerasını ABŞ-da davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu “Nyu-York Kosmos” klubu ilə artıq razılığa gəlib. Yaxın günlərdə adıçəkilən klubla müqavilə bağlayacaq ispaniyalı ulduz 2015-ci ildən ABŞ çempionatında çıxış edəcək.  
 
Qeyd edək ki, Raulun yayda Qətərin “Əl-Sadd” komanadası ilə müqaviləsi başa çatıb.       

Xəbər xətti