"Sauthempton" - "Mançester Yunayted" 1:2 VİDEO

02:00 - 9 Dekabr 2014

"Qırmızı şeytanlar"ın köməyinə yenə van Persi çatdı
 
İngiltərə Premyer Liqasında 15-ci turunun son matçında maraqlı qarşılaşma baş tutacaq.
 
Sportal.az xəbər verir ki, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan və bu mövsüm əla təsir bağışlayan "Sauthempton" doğma meydanda heç də stabil oyun sərgiləməyən "Mançester Yunayted"i qəbul edib.
 
12-ci dəqiqədə müdafiəçinin kobud səhvi ev sahiblərinə baha başa gəlib. Qapıçıyla üz-üzə qalan van Persi hesabı açıb. Lakin ev sahibləri fasiləyə qədər bərabərlik qolunu vurub. Pelle fərqlənərək hesaba tarazlıq gətirib. İkinci hissədə üstün oyun sərgiləyən “manikunyanlar” 71-ci dəqiqədə istəklərinə çatıblar. Bu dəfə də səhnəyə van Persi çıxıb.          
 
 
“Sauthempton” – “Mançester Yunayted” 1:2 
Qollar: Pelle, 31 - Van Persi, 12, 71

 

Xəbər xətti