İbrahim Uzunca "Bakı"nı məşqə çıxartdı

16:52 - 6 Aprel 2015

Komanda "Sumqayıt" üçün başladı
 
"Bakı" dünən Premyer Liqanın 28-ci turunda lider "Qarabağ"la heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, dünən baş verən məlum hadisələrdən sonra komanda bu gün aprelin 9-u qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlığına start verib. Futbolçuların hamısı məşqdə iştirak edib.
 
Maraqlı məqam bu gün komandanın məşqə İbrahim Uzunca, yoxsa Novruz Əzimovun çıxarmağı idi. Əldə etdiyimiz məlumata görə, komandanı İbrahim Uzunca məşqə çıxarıb. Futbolçular sözü bir yerə qoyublar ki, İbrahim Uzunca komandadan getsə, futbolçular da məşqəçıxmayacaqlar.

Xəbər xətti