Şəmkirdə futbolun inkişafına dair görüş keçirilib

14:22 - 10 Aprel 2015

Futbola maraqın artması üçün...

 

8 aprel 2015-ci il tarixində Şəmkir rayon Muxtariyyə kəndində Gənclər və İdman İdarəsinin kollektivinin Futbol İctimaiyyəti nümayəndələri ilə görüşü keçirilib.

 

Sportal.az xəbər verir ki, Kənd İcra nümayəndəliyinin və məktəbdənkənar təhsil müəssisəsinin də iştirak etdiyi görüşdə gənclər arasında futbola meyilliliyin artırılması və bu sahədə bəzi tədbirlərin həyata keçirilməsi, həmçinin futbolun inkişafına dair yeni addımların atılması və bu kimi məqsədyönlü planlar haqqında danışıqlar aparılıb.

Xəbər xətti