"Borussiya"nın yeni baş məşqçisi məlum oldu

17:09 - 19 Aprel 2015

Dortmund təmsilçisini Tomas Tuxel çalışdıracaq
 
Mövsümün sonunda Yurgen Kloppun Dortmund “Borussiya”sının baş məşqçi postundan gedəcəyi artıq məlumdur.
 
Sportal.az xəbər verir ki, klubun azarkeşlərini indi maraqlandıran bir məsələ Kloppun yerini tutacaq yeni mütəxəssisin kim olacağıdır. “Borussiya” rəhbərliyi növbəti çempionatda komandanı kimə həvalə edəcəyinə aydınlıq gətirib.
 
Belə ki, yeni mövsümdə “Borussiya”nı Tomas Tuxel çalışdıracaq. 41 yaşlı mütəxəssis 2009-2014 illərində “Mayns”a başçılıq edib. Onun rəhbərliyi altında komanda Bundesliqada uğur qazanaraq iki dəfə Avropa Liqasına vəsiqə qazanıb.  

Xəbər xətti