Çempionlar Liqası: Zəiflərin duelində 1 qələbə, 2 bərabərlik

01:46 - 1 İyul 2015

San-Marino təmsilçisi səfərdən məğlubiyyətlə dönür
 
Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın azad olduğu mərhələnin ilk 3 qarşılaşması keçirilib.
 
Qitənin ən nüfuzlu klub turnirinin ilk qarşılaşmasında Ermənistan təmsilçisi “Pünik” evdə San-Marino çempionu “Folqor”u 2:1 hesabı ilə məğlub edib.
 
Günün digər iki qarşılaşmasında  “Linkoln” - “Santa Koloma” və “Kruzaders” - “Levadiya” matçlarında tərflər meydandan qolsuz ayrılıblar.
 
Qeyd edək ki, sabah ilk oyunlar çərçivəsində B-36 (Farer adaları) - TNS (Uels) görüşü keçiriləcək.
 
 
Çempionlar Liqası I təsnifat mərhələsi, ilk oyunlar
 
30 iyun
 
“Pünik” (Ermənistan) -  “Folqor” (San-Marino)  2:1
Qollar: Satumyan, 45+2, Romero, 48 - Hirs, 71
 
“Linkoln” (Cəbəllütariq) - “Santa Koloma” (Andorra)  0:0
 
“Kruzaders” (Şimali İrlandiya) - “Levadiya” (Estoniya)   0:0

Xəbər xətti