Millimizin üzvü "Metallurq"da qaldı

12:23 - 15 Avqust 2015

Paşayev müqavilə yenilədi
 
Milli komandamızın üzvü Pavel Paşayevin oynayacağı klub müəyyənləşib.
 
Sportal.az хəbər verir ki, müdafiəçi karyerasını yenidən "Metallurq"da (Zaparoje) davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Paşayevin adı artıq Ukrayna çempionatının iştirak ərizəsinə salınıb. 
 
Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən il "Metallurq"un rekordçusu olub. Belə ki, 25 oyunda meydana çıхan futbolçu hamıdan çoх - 2208 dəqiqə oynayıb. Onun müqaviləsi mayın 31-də başa çatmışdı. Futbolçumuz başqa klublardan təklif alsa da, "Metallurq"la daha 1 illik müqavilə imzalayıb.

Xəbər xətti