Millimizin üzvü: "Oyun planında daha da artırmalıyıq ki, gələn təsnifat mərhələsində uğur qazana bilək"

15:43 - 18 Noyabr 2015

"Əsas olan qalib gəlmək idi"

 

Noyabrın 17-də Moldova ilə yoxlama oyununda azarkeşləri 2:1 hesablı qələbə ilə sevindirən yığma komandamız ili qalibiyyətlə başa vurub. 

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçdan sonra  “Kəpəz”in də şərəfini qoruyan Rəşad Eyyubov klubun rəsmi saytına bunları qeyd edib:

 

“Yaxşı oyun oldu. İli qələbə ilə başa vurduq, təbii ki, buna görə sevinməyə dəyər. İkinci hissənin gedişində oynamaq şansı qazanıb meydana daxil oldum. Əsas olan qalib gəlmək idi. Oyun planında daha da artırmalıyıq ki, gələn təsnifat mərhələsində uğur qazana bilək. Matçdan sonra millinin komandanın baş məşqçisi Robert Prosineçki və AFFA rəhbərliyi uşaqlara oyuna görə təşəkkür edib, razılığını bildirdi”.

Xəbər xətti