PSJ-nin ulduzu açıqladı: Komandada qalır, yoxsa gedir?

02:16 - 25 May 2016

Kavani qərarını verdi
 
PSJ-nin futbolçusu Edinson Kavani haqqında çıxan xəbərlər barədə danışıb.

Sportal.az xəbər verir ki, Uruqvay milli komandasının forvardı PSJ-dən ayrılacağı ilə bağlı yayılan iddialara cavab verib. Hücumçu Paris təmsilçisini tərk etmək niyyətində olmadığını bildirib:  "Özümü Parisdə çox xoşbəxt hiss edirəm. Təkrar-təkrar demək istəyirəm ki, PSJ ilə davam etməkdə olan müqaviləm var”. 
 
29 yaşlı hücumçu adının son İtaliya çempionu "Yuventus”la birgə hallanmasına da münasibət bildirib: "Xəbərlər və şərhlər jurnalistlərin fikridir. Mən peşəkar futbolçuyam və şərəfini qoruduğum komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
 
Qeyd edək ki, Edinson Kavani bu mövsüm PSJ-nin heyətində 19 qol vurmağı bacarıb.

Xəbər xətti