"Zirə"nin rəqibləri məlum oldu

18:07 - 4 İyul 2016

"Qarabağ", "Sumqayıt" və AZAL-la qarşılaşacaq

 

İyunun 22-dən təlim-məşq toplanışına start verən “Zirə” hazırlığın ilk mərhələsində üç yoxlama oyununda qüvvəsini sınayacaq.
 
Sportal.az xəbər verir ki, indiyə qədər futbolçuları ikitərəfli oyunda sınaqdan keçirən baş məşqçi Adil Şükürov sabahdan etibarən yoxlama görüşlərində də, komandanı meydana çıxaracaq. Sabah “Zirə” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
 
“Qartallar” hazırlığın bu mərhələsində daha iki yoxlama oyununda meydana çıxacaq. Paytaxt klubu iyulun 10-da Sumqayıtda şəhərin eyniadlı klubu ilə, 14-də isə ADBTİA-nın stadionunda AZAL-la üz-üzə gələcək.
 
“Zirə” AZAL-la oyundan sonra Bakıdakı təlim-məşq toplanışını başa vuracaq. İyulun 16-da start götürəcək hazırlığın növbəti mərhələsi Türkiyədə keçirəcək və 30-dək davam edəcək toplanışda “qartallar” 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər xətti