"Sumqayıt" "Qəbələ" ilə matça 2 itki ilə hazırlaşır

19:32 - 16 Avqust 2016

Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 3 günlük istirahətin ardından məşqlərə start verib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu günü iki məşqlə başa vuracaq. Artıq "Sumqayıt" FK baş məşqçi Samir Abasovun rəhbərliyi altında səhər məşqini keçirib. "Kapital Bank Arena"da baş tutan hazırlıq prosesində komanda həm fiziki, həm də taktiki çalışmalar üzərində çalışıb.

 

İlk iki turda zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçi Bəxtiyar Həsənalızadə artıq tam gücü ilə məşqlərə başlayıb. Maqomed Kurbanov və Mikayıl Rəhimov isə zədə səbəbindən məşqlərdə iştirak etməyib.

 

Qeyd edək ki, "Sumqayıt" FK-nın axşam məşqçi saat 18:30-da olacaq.

Xəbər xətti