Rayan Giqqz İbrahimoviçə söz atdı

11:49 - 25 Oktyabr 2016

“Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqz “Çelsi” ilə oyundan sonra (0:4) “qırmızı şeytanlar”ın futbolçularını tənqid edib.

 

Sportal.az xəbər verir ki, Giqqz məğlubiyyətdən sonra “Mançester Yunayted”in futbolçularının rəqiblə forma dəyişməsini azarkeşlərə qarşı hörmətsizlik adlandırıb:


“Hər bir komanda məğlub ola bilər. Bu, normal haldır. Siz 0:4 hesabı ilə uduzursuzsa, rəqibin əlini sıxın, azarkeşlərə təşəkkür edin və meydandan tərk edin. Forma dəyişib, sizi darmadağın edən komandanın futbolçuları ilə birgə gülərək, meydanda gəzişmək olmaz. Bu, məğlubiyyətdən üzülən azarkeşlərə qarşı hörmətsizlikdi”.

 

Qeyd edək ki, oyun bitəndən sonra İbrahimoviç Eden Hazardla formasını dəyişdirmişdi.

 

Xəbər xətti