"Astana" çempion oldu, Sxadadzenin komandası gümüş medallara yiyələndi

15:38 - 26 Oktyabr 2016

Qazaxıstan Premyer Liqasında 2015/16 mövsümünün çempionunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, sona 1 tur qalmış "Astana" səfərdə "Okjetpes"lə heç-heçə etməklə çempion olub. Ən yaxın izləyicisi "Kayrat"dan 4 xal öndə olan "Astana" ardıcıl 3-cü dəfə Qazaxıstanın ən güclüsü olub.

 

"İnter"in sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin çalışdırdığı "Kayrat" klubu isə 68 xal toplayaraq mövsümü gümüş medallarla başa vurub.

Xəbər xətti