Rusiya klubunun rəsmisi: "Türkiyəyə getməkdən qorxmuruq"

Türkiyədəki səfir Andrey Karlovun öldürülməsi Rusiyanın bəzi klublarının planlarına da təsir edib.

 

Sportal.az xəbər verir ki, komandalar Antalyada təlim-məşq toplanışı keçməkdən imtina etməyə hazırlaşır. 
Lakin “Fənərbaxça”nın Avropa Liqasının 1/16 final mərhələsində rəqibi olan “Krasnodar”ın idman direktorunun köməkçisi Hakina Nurbiy Türkiyəyə getməkdən qorxmadıqlarını bildirib:

 

“Türkiyəyə getməkdən qorxmuruq. Düzdür, Andrey Karlovun öldürülməsi çox pis hadisədir. Amma bununla bizim matçımız arasında bir əlaqə ola bilməz”.

 

Qeyd edək ki, “Fənərbaxça” ilə “Krasnodar” arasında ilk matç 16 fevralda Rusiyada, 22 fevralda Türkiyədə oynanılacaq.

 

Tarix: 20 Dekabr [13:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2018
23  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio