Muslera üçün 4 barmaqlı əlcək FOTO

18:55 - 13 Yanvar 2017

"Qalatasaray"ın qapıçısı Fernando Muslera barmağının qırılmasına baxmayaraq komandasına kömək edəcək.

 

Sportal.az xəbər verir ki, uruqvaylı qolkiper Super Liqanın 17-ci turu çərçəvəsində səfərdə "Konyaspor"a qarşı keçiriləcək matçda qapını qoruyacaq. 30 yaşlı qapıçı onun üçün xüsusi olaraq hazırlanmış 4 barmaqlı əlcəklə meydanda olacaq.

 

Təcrübəli futbolçu "instagram" hesabından "qırıq barmaq da məni dayandıra bilməz" başlığı ilə əlcəyin şəklini paylaşıb.

 

Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" görüşü sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Xəbər xətti