"Qəbələ"dən qolsuz heç-heçə

20:04 - 19 Yanvar 2017

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Qazaxıstanın "Ordabaşı" klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın sonuncu yoxlama oyunu isə yanvarın 23-də "Şkendiya"ya (Makedoniya) qarşı olacaq.

Xəbər xətti