Roberto Karlos Türkiyəyə qayıda bilər

15:55 - 20 Yanvar 2017

Braziliya millisinin sabiq üzvü, karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərən Roberto Karlos yenidən Türkiyədə çalışa bilər. 


Sportal.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı Tükiyə Superliqasında mübarizə aparan "Alanyaspor" klubu ilə danışıqlara başlayıb. "Ajansspor"un yadığı xəbərə görə, Karlos bu gün günorta saatlarında danışıqları yekunlaşdırmaq üçün Türkiyəyə səfər edəcək. Onun komandanın "sükanı arxası"na keçib-keçməyəcəyi də məhz bu gün bəlli olacaq. 

 

Qeyd edək ki, Karlos futbolçu karyerası ərzində 2007/09-cu illərdə "Fənərbaxça"nın formasını geyinib. O, məşqçi kimi "Sivasspor" və "Akhisar"ı çalışdırıb. 

 

Xəbər xətti