İspaniyada ilk yarımfinalçı bəlli oldu

00:38 - 25 Yanvar 2017

İspaniya kubokunda 1/4 final mərhələsinin görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, bu gecə baş tutan bir matçdan sonra ilk yarımfinalçının adına aydınlıq gəlib. Ən güclü 4 komanda arasına adını ilk yazdıran "Alaves" olub.

 

1/4 finalın ilk oyununda səfərdə “Alkorkon”a 2:0 hesabı ilə qalib gələn La Liqa təmsilçisi cavab matçında qolsuz heç-heçə sayəsində yarımfinala adlayıb.

Xəbər xətti